Yəmən Fələstinə dəstək barədə şübhələrə cavab verdi

Yəmən Ali Siyasi Şurasının üzvü sionist rejimin Qəzzədə cinayətlərini daha da qabarıq formada nümayiş etdirən ölkə ordusunun Fələstinə dəstək barədə şübhələrə cavab verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Məhəmməd Əli Əl Husi X hesabında yazdığı mesajda deyib: Sionist rejimin muzdurları Qəzzəyə dəstəyimiz barədə şübhə toxumları səpərək bizə bu əməliyyatların təsirsiz olduğunu deyirlər. Bizim cavabımız isə: Buyurun bizi utandırın.

Şübhələrdən biri də bizim daxili alqış qazanmaq üçün bunu etdiyimizi deyirlər. Biz isə: Seçki ərəfəsində deyilik deyirik və belədirsə, rəqabət edə bilərsiniz – deyirik.

Şübhə: Bu əməliyyatlar Yəmənin təhlükəsizliyini təhdid edir

Cavabımız: Yəməni təhdid edən təhlükə Amerika, Səudiyyə Ərəbistanı və onların müttəfiqləridir ki, hələ də qalmaqdadır.

Şübhə: Yəmən beynəlxalq qanunları pozur və buna cavabdehdir

Cavabımız: Bizi təhdid edən ABŞ və müttəfiqləri bizdən öncə beynəlxalq qanunları pozub. Beynəlxalq qanunlar keçərli idisə, onlar üçün keçərli olardı.

Şübhə: Yəmən piratlıq və terrorçuluq edir

Cavab: Ən böyük terrorçuluq Qəzzədə uşaq və qadınların qətli üçün məhdudiyyətsiz yardımlar edən Amerikaya layiqdir.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir

1 şərh

Add Comment