Yəmən Eylat limanına hücumu təsdiqlədi

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu ölkənin hərbi qüvvələrinin sionist düşmənin mövqelərini ballistik raketlərlə hədəfə aldığını təsdiqləyib.

Fars İnformasiya Agentliyinin Yəmənin Əl-Məsirə telekanalına istinadən verdiyi məlumata görə, Yəhya Səri dünən axşam (2 fevral) verdiyi açıqlamada deyib: İşğal olunmuş Fələstinin cənub  bölgəsində yerləşən Eylat limanı bir neçə ballistik raketlə vuruldu.

Yəhya Səii  həmçinin deyb: Əsas məqsədimiz Qəzza xalqı əleyhinə əməliyyatlar tamamilə dayandırılana qədər sionistləri hədəfə almaqdır.

Yəmən silahlı qüvvələrinin rəsmisi işğal olunmuş Fələstinin Ummur Rəşaş şəhərindəki mövqeləri hədəfə aldıqlarını elan edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib