Yəmən: Ərəb ölkələrinin Qəzzə cinayətləri qarşısında susması təəssüfləndiricidir

Yəmən: Ərəb ölkələrinin Qəzzə cinayətləri qarşısında susması təəssüfləndiricidir

Yəmən İnqilabının lideri Qəzzə müharibəsinin 46-cı həftəsində İslam Peyğəmbərinin (s) mövludu astanasında etdiyi çıxışında Qəzzə müharibəsi, iordan çayı qərb sahilindəki yeni hücumlar və regional məsələlər barədə söhbət edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Əbdül Məlik Əl Husi dünən (5 sentyabr) deyib: İslam ümmətinin əziz Peyğəmbərimizin (s) yadigar qoyub getdiklərinə ehtiyacı var. Belə ki, Qurani Kərimin “Ey Peyğəmbər, kafirlərə və münafiqlərə qarşı cihad et və onlara qarşı sərt ol! Onların sığınacağı yer cəhənnəmdir. O necə də pis bir dönüş yeridir!” ayəsinə əməl etmək bu sünnələrdən biridir.

Əbdül Məlik Əl Husi həmçinin Qəzzə müharibəsi və İordan çayı qərb sahilindəki yeni hadisələrlə əlaqədar ərəb ölkələrinin laqeydliyini diqqət mərkəzinə çəkərək onları tənqid edib.

Qeyd edək ki, Yəməndə digər ölkələrlə müqayisədə İslam Peyğəmbərinin (s) mövlud günü böyük təntənə və ehtiramla qeyd edilir və Peyğəmbərin (s) mövlud günü ən böyuük bayramdır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib