Yəmən: Bundan sonra İsrailə endirəcəyimiz zərbələr məhvedici olacaq

Yəmən: Bundan sonra İsrailə endirəcəyimiz zərbələr məhvedici olacaq

Yəmənin müdafiə naziri və Ordu baş qərargahının rəisi İsrail rejimə xəbərdarlıq edərək bundan sonrakı zərbələrin məhvedici olacağından xəbər veriblər.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Məhəmməd Nasir Əl Atifi və Məhəmməd Əbdül Kərim Əl Ğəmari çərşənbə günü aşxam (25 sentyabr) ölkə Ali Siyasi Şurasının sədri Mehdi Əl Məşata ünvanladıqları məktubda Fələstin amallarını sübut etmək üçün bundan  sonra İsrailə vuracaqları zərbənin öldürücü olacağı barədə xəbər veriblər.

Əl Atifi və Əl Ğəmari deyiblər ki, qəsbkar sionist rejim və onun tərəfdarlarına öz həddlərindən çıxmamalarını tövsiyə edirik. Çünki bizim səbir kasamızın da bir tutumu var. Bundan artıq təcavüzkarlıq səbrimizin tükənməsinə səbəb olacaq.

Yəmən rəsmiləri həmçinin sionist rejimə xitabən əlavə edib: Bizimlə od oyunu oynamayın.Yəmənin polad iradəsindən xəbəriniz yoxdurmu. Biz verdiyimiz sözün arxasındayıq. Bundan sonrakı hücumlarımız qəsbkar rejimi məhv edəcək.

Related posts

Ənsarullah: İsrail Livana quru hücumlarında çox pis məğlub olacaq

Livan müqaviməti İsrailin Rafael Hərbi Sənaye mərkəzini vurdu

İngiltərə: İsrail və Livan uçurumdan kənara çəkilsin