Yəmən Silahlı Qüvvələri bəyan edib ki, unikal hərbi əməliyyat çərçivəsində işğal olunmuş Yafada yerləşən Ben Qurion hava limanı (əsl adı ilə əl-Ludd hava limanı) “Fələstin-2” adlı hipersəs ballistik raketi ilə hədəfə alınıb.
Qafqaz Times-ın məlumatına görə, bu gün çərşənbə axşamı Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərih bildirib: Bu əməliyyat Qəzzanın məzlum xalqına və onların müqavimətinə dəstək, eləcə də sionist rejimin cinayətlərinə cavab olaraq həyata keçirilib. Əməliyyat zamanı sionist rejimin “Ben Qurion” adlandırdığı və Təl-Əviv yaxınlığında yerləşən əl-Ludd hava limanı “Fələstin-2” ballistik raketi ilə vurulub.
Sözcünün sözlərinə görə, raket hədəfə uğurla çatıb və nəticədə milyonlarla sionist işğalçı sığınacaqlara qaçıb, hava limanında uçuşlar dayandırılıb.
Yəmən Silahlı Qüvvələrinin bəyanatında böyük, şərəfli və ləyaqətli Yəmən xalqına – Fələstin xalqını dəstəkləməkdə və ərəb-İslam dünyasının hər yerində xarici hegemonluğa qarşı çıxmaqda göstərdikləri şərəfli və tarixi mövqeyə görə təşəkkür edilib.
Bəyanatda həmçinin Qəzza və İordan çayının qərb sahilində düşmən işğalçıya qarşı qəhrəmancasına mübarizə aparan fələstinli döyüşçülərə də salam göndərilib – onlar İslam ümmətini müdafiə etmək yolunda qəhrəmanlıq və fədakarlıq nümunəsidir.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü bir daha vurğulayıb ki, əməliyyatlar Allahın izni ilə daha da intensivləşəcək və Qəzzaya qarşı təcavüz dayandırılmadıqca, mühasirə aradan qaldırılmadıqca davam edəcək.