Yəmən: Amerikanın Qəzzə planları uğursuzluğa məhkumdur

Yəmən: Amerikanın Qəzzə planları uğursuzluğa məhkumdur

Yəmən xarici işlər nazirliyi Trampın Qəzzə xalqını deportasiya planını pisləyərək bunun Fələstin amallarını məhv etmək xarakterli olduğunu deyib.

Qafqaztimesin xarici bu gün (6 fevral) xarici KİV-lərə istinadən verdiyi məlumatına görə, Yəmən XİN-nin bugünkü bəyanatında deyilir: Tramp Qəzzə xalqının deportasiya planı həyata keçməyəcək və uğursuzluğa məhkumdur. Amma ABŞ bu uğursuzluğun əvəzini siyasi təzyiqlərlə çıxarmağa da çalışacaq.

Bəyanatda həmçinin deyilir: Fələstin xalqının məcburi köçürülməsi beynəlxalq qanunlara ziddir. Çünki bu plan sırf Fələstin amallarının məhv edilməsi, təhlükəsizliyin zəifləməsi, dünya və regionda stabilliyin pozulması deməkdir. Amma Amerika bu məqsədinə çatmazsa, təbii ki, siyasi təzyiqlərlə hirsini soyutmağa çalışacaq. Biz bir ölkə kimi ABŞ dövlətinin bu mövqeyini pisləyən ölkələrin təşəbbüsünü təqdirəlayiq hesab edirik.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib