Yəmən  ABŞ kəşfiyyatçı dronunu vurdu

Yəmən silahlı qüvvələri Amerikanın MQ-5 kəşfiyyat dronunu məhv etdiyindən xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Yəmən silahlı qüvvələri bu gün səhər (29 may) ölkənin Maarib səmalarında uçan Amerikanın MQ-9 kəşfiyyatçı pilotsuz uçuş aparatını vurduğunu elan edib.

Məlumata görə bu aparat Yəmən istehsalı olan “yerdən dron əleyhinə sistem”lə məhv edilib. Ötən həftə də bu sistem vasitəsilə ABŞ dronu vurulması da xəbərlərdə önəmli yer alır.

Qeyd edək ki, silahlı qüvvələrin sözçüsü Yəhya Səri ötən həftə bir daha bu əməliyyatların məzlum Fələstin xalqının sionist rejim cinayətləri qarşısında dəstəyi məqsədilə həyata keçdiyini elan etmişdi.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir