CENTCOM: “USS Gravely” aviadaşıyıcı hədəfə məruz qaldı

Yəmən: ABŞ-ın “USS Eisenhower” aviadaşıyıcı gəmisini hədəfə aldıq

CENTCOM da bu barədə məlumat yayaraq elan edib: Yəmənin “Ənsar Allah”ı Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Gravely” esminesinə iki gəmi əleyhinə raket atıb, onlar zərərsizləşdirilib.

Əl Aləm telekanalının məlumatına əsasən, “Saat 19:00-dan 23:30-a qədər CENTCOM qüvvələri Qırmızı dənizin cənubunda iki gəmi əleyhinə ballistik raketi uğurla vurub. Raketlər “USS Gravely”yə doğru atılıb və özünümüdafiə məqsədilə məhv edilib”.

Bundan əvvəl “Al Məsirə” telekanalı üsyançıların Qırmızı dənizdə Amerikanın “Dwight Eisenhower” aviadaşıyıcısına son sutkada iki dəfə hücum etdiyini elan etmişdi.

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Səri dünən (1 iyun) Qırmızı dənizdə Amerikanın “USS Eisenhower” aviadaşıyıcı gəmisini hədəfə aldıqlarından xəbər vermişdi.

Yəhya Səri həmçinin 31 may gecəsi ABŞ və İngiltərənin Əl Hədidəyə hücumları nəticəsində 16 nəfər şəhid və 41 nəfər yaralı verdiklərini də qeyd etmişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib