Yəmən Əmirliyin hərbi mövqelərini vurub

QafqazTimes.com Alalam-a istinadən xəbər verir: Yəmən silahlı qüvvələri Əbu-Zəbinin hərbi və strateji mövqelərini vurub. Yəməndən Alalam-a bildiriblər ki, Yəmən silahlı qüvvələri Əmirliyin Yəməni mühasirədə saxlamasına cavab olaraq onun hərbi mövqelərini vurub. Ənsarullah hərəkatının siyasi ofisinin üzvü Məhəmməd Əl-Bəxiti açıqlama verib ki, Ərəbistanla Əmirlik arasında Yəmənə qarşı həmkarlıq davam edir. Bir zaman Əmirlik Yəmənə hərbi təcavüz kampaniyasından çıxmaq istəsə də, hazırda vəziyyət əvvəlki kimidir. Əmirlik təcavüzkar hərəkətlərini davam etdirdiyi üçün cavab zərbələri alacaq. Bu gün səhər vaxtı Adnos yanacaq anbarlarında 3 tankerin partlaması xəbəri yayılıb. Ərazidə kiçik pilotsuz təyyarə parçaları tapılıb. Ehtimal edilir ki, partlayaşı törədən bu pilotsuz aparat olub.

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?