Yəmən əməliyyatından sonra Netanyahunun ABŞ səfəri necə olacaq?

Yəmən əməliyyatından sonra Netanyahunun ABŞ səfəri necə olacaq?

Amerikadan hərtərəfli dəstək ümidi ilə səfərə çıxan Netanyahunun istədiyi nəticələri ala bilməsi mümkündürmü?

Təsnim İnformasiya Agentliyi Rəyəl Yəvm qəzetinin baş redaktoru Əbdülbari Ətvanın bu mövzuda siyasi icmalını dərc edərək yazır: İsrailin baş naziri Benyamin Netanyahu böyük qələbə ümidi ilə Vaşinqtona səfərə hazırlaşsa da Yəmən əməliyyatı və Tel Əvivə dron hücumları qalmaqalından sonra istədiyi nailiyyətə çatmayacağı ehtimal olunur.

Ətvan yazır: Netanyahunun xülyasında böyütdüyü arzular bir məsələdir və onu Vaşinqtonda gözləyən nəticələr isə başqa bir məsələ. Çünki başı özünə qarışmış Amerikaya səfər edən Netanyahu kimdən nə umduğunu ya bilmir, ya da özünü bilməməzliyə vurur.

Məqalədə həmçinin deyilir: Netanyahunun arzuları çin olmayacaq və “özünə umac ova bilməyəndən onun üçün əriştə kəsməsini” istədiyi üçün bütün arzuları puça çıxacaq.

Məqalədə Netanyahunun ABŞ-a səfərindən öncə ümidlərinin puça çıxmasının bir neçə səbəbi də qeyd edilir: Yəmənlilər Tel Əvivi Yafa PUA-sı ilə ABŞ konsulluğunun yaxınlığını partlatması baş nazirin “saxta imic”ini aşkara çıxardı və bütün dünyada biabır oldu.

Amerikanın köməyi ilə Yəmənin Əl Hüdeydə limanına hücumundan sonra yəmənlilərin sərt intiqamı Netanyahunun hətta Konqresdə çıxışı zamanı da belə bir hücumun baş tuta biləcəyindən xəbər verir və bu bir növ xəbərdarlıqdır.

Əlbəttə, Netanyahu zahirdə Co Baydenə bir sıra məsələləri qəbul etdirə bilər. Amma bunun əksinə də olması mümkündür və bir neçə aydan sonra hakimiyyətdən gedəcək olan Baydendən sonrakı prezident bütün bu vədlərə son qoya bilər. Bütün bunlardan əlavə, hakimiyyətdən gedən Bayden Netanyahunun onunla inadkarlığına görə şəxsiqərəlik edib daha rahat intiqam ala bilər.

Əbdülbari Ətvan məqalənin sonunda vurğulayıb: Amerika artıq ötən əsrlərdə olduğu kimi hegemon ABŞ statusu daşımır. Ərəblər də artıq bir neçə saata İsrail ordusuna məğlub olan cahil və nadan ərəb deyil. Əlbəttə bir bəzi ərəb rejiminin xətalarını da inkar etmək istəmirik. Bütün bunlara rəğmən müqavimət dəstələrinin ABŞ-İsrail təcavüzləri qarşısında dayananlar da ərəbdir.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir