Yəhudi haham: Həqiqi yəhudilər Fələstini dəstəkləyir

Natori Karta Partiyasının keçmiş sözçüsü və amerikalı haham Fələstində yəhudi dövlətinin qurulmasına razı olmadıqları və bircə qarış da olsa, fələstinlilərin torpaqlarının yəhudilərin ixtiyarında olmamasını vurğulayaraq deyib: Həqiqi yəhudilər Qəzzə və İordan çayı qərb sahillərindəki fələstinliləri dəstəkləyir.

Əl Aləm telekanalının məlumatına əsasən, Yesrail David Voice telekanala verdiyi müsahibəsində deyib: Sionizm və İsrail Davud ulduzu, Tövrat və yəhudi dinindən öz məqsədləri üçün sui-istfadə edir. Halbuki əksər yəhudilər sionizm təfəkkürü ilə həmişə müxalif  olub. Çünki bir dövlətin qurulması düzgün deyil.

Amerikalı haham həmçinin 1948-ci ildən əvvəl yəhudilərlə müsəlman və xristianların Fələstində sülh və əmin-amanlıqda yaşadıqlarını, sionizmdən sonra problemlərin yarandığına işarə edərək vurğulayıb: Müsəlmanlar heç vaxt yəhudilər əleyhinə olmayıblar. Əslində Fələstində dinlərarası problemlər və Fələstin münaqişəsini İsrail yaratdı.

Yəhudi hahamı önəmli bir məsələyə toxunaraq qeyd edib: İsrail ərəblərin yəhudilərə nifrət etdiyini təbliğ və 7 oktyabrda 1200 yəhudini qətlə yetirdiyini iddia edir. Amma İsrailin özünün bu 1200 nəfərin ölümünə səbəb olma ehtimalı da var.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib