Xudafərin ilə bağlı tarixi razılıq əldə edildi – İran və Azərbaycan…

“Bakı-Təbriz-Bakı aviareysinin açılması, eləcə də Təbriz-Naxçıvan dəmir yolu xətti üzrə sərnişin qatarlarının fəaliyyəti İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin Bakıya səfərinin nəticələrindəndir”.

Bunu İranın Şərqi Azərbaycan əyalətinin başçısı Abidin Xorrəm deyib.

O bildirib ki, İranın yol və şəhərsalma naziri R.Qasiminin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çox səmərəli olub: “İranın özəl şirkətlərinin dəmiryolu tikintisində müştərək əməkdaşlıq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında iştirakı məsələləri, iki ölkə arasında işğaldan azad olmuş ərazilərdən yük məhsullarının mübadiləsinin həyata keçirilməsi, avtomobil yolu körpüsünün tikintisi, Cəbrayıl rayonunda sənaye şəhərciyinin yaradılması, Xudafərin Su Elektrik stansiyalarının turbinlərinin işə salınması, Xudafərin sərhəd keçid məntəqəsinin fəaliyyətə başlaması bu səfərdə əldə olunan nailiyyətlərdəndir”.

Onun sözlərinə görə, səfər zamanı həm də iki ölkədə qarşılıqlı sərgilərin keçirilməsi haqqında da razılıq əldə olunduğu bildirilib.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur