Xocavənddə erməni təxribatı – Traktorla girmək istədilər

Bu gün Qarabağdakı erməni separatçılar növbəti təxribata əl atıblar.

Mülki geyimdə olan ermənilər Xocalı rayonunun Dağyurd kəndi istiqamətində mövqelərimizdə xidmət edən əsgərlərimizin postuna bir neçə traktorla daxil olmağa cəhd ediblər.

Hadisənin Xocavənd rayonunun Sos kəndi yaxınlığındakı çöllükdə baş verdiyi bildirilir. Belə ki, mülki geyimli təxribatçılar postlarımız arasındakı vadini keçməyə çalışıblar. Əsgərlərimizin xəbərdarlığına əvvəlcə məhəl qoymayan erməni təxribatçılar havaya açılan xəbərdarlıq atəşindən sonra aradan çıxıblar.

Erməni mediası isə ənənəvi olaraq növbəti yalanlarını uydurub. Onlar deyib ki, guya, Dağyurd kəndi ilə Sos kəndi arasında boş sahədə bir neçə tarktor sahəni şumlamaq istəyiblər. Və bu zaman Azərbaycan əsgərləri onlara atəş açıblar.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir