İşğaldan azad edilmiş ərazilərdə Xocalı soyqırımının 30 illiyi ilə bağlı azan səsləndirilib.
Ağdam rayonu ərazisindən Əsgəran rayonu, eləcə Pirlər (Xramort), Xanabad kəndləri və Şuşa şəhərindən Xankəndi şəhəri istiqamətində avtomobillərdə quraşdırılmış səsgücləndiricilər vasitəsilə azan səsləndirilib.
Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib.
Azan səsi növbəti dəfə 16.58-də səsləndiriləcək.