“X”in dizaynında inqilabi dəyişiklik: Bəyənmə və şərh bölmələri ləğv olunur

“X” platformasının dizaynında ciddi dəyişikliklər edilməsi gözlənilir.

Belə ki, yeniləmədən sonra bəyənmə, repost və şərh bölmələri postda görünməyəcək.

İstifadəçilər paylaşımı bəyənmək üçün postu sola, şərh yazmaq və yenidən paylaşmaq üçün isə sağa sürüşdürəcəklər.

Bundan başqa paylaşımda repost, bəyənmə və cavab sayları da çıxarılacaq.

Qeyd edək ki, “X”də dizayn dəyişikliyi barədə ilk dəfə “MacRumors”dan tədqiqatçı Aaron Perris xəbər verib. Sonradan “X”in sahibi İlon Mask dəyişikliklərin həyata keçiriləcəyini təsdiqləyib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi