Xilaskar olduğunu deyən şəxs atasının başını kəsərək “YouTube”da göstərdi – FOTO/VİDEO

ABŞ-nin Pensilvaniya ştatının 32 yaşlı sakini 68 yaşlı atasının başını kəsib.  

Castin Mon adlı Pensilvaniya sakini atasının kəsilmiş başını qanlı polietilen torbanın içində gümüş vedrəyə qoyub və bunu “YouTube”da canlı yayımda nümayiş etdirib.  

“Bu, 20 ildən artıq federal işçi kimi çalışan Mayk Monun və mənim atamın başıdır. İndi o, ölkəsinin xaini kimi əbədi olaraq cəhənnəmdədir”, – deyə qatil bildirib.

Lakin öldürülən adamın iki müəssisənin sahibi olduğu, federal işçi olmadığı bildirilir.

Castin Mon 68 yaşlı atası, 63 yaşlı anası Denis, 35 yaşlı qardaşı Zaxari və 38 yaşlı bacısı Stefani ilə birlikdə bir evdə yaşayıb.

O, Pensilvaniya ştatının Fort-İndiana-Qep şəhərindəki evindən iki saatlıq məsafədə həbs edilib.

Yayımlandıqdan sonra altı saat “YouTube”da qalan və daha sonra silinən dəhşətli 14 dəqiqəlik videoda Castin Mon federal hökuməti və Bayden administrasiyasını tənqid edib və federal işçilərlə yaşayan qohumlarını onları öldürməyə çağırıb.

O, federal hökuməti ABŞ-ni məhv edən mafiyanı və miqrantları “oyatmaqda” günahlandırıb və “qlobalistlər və kommunistlər”ə qarşı tənqidi fikirlər səsləndirib.

Mon Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey, baş prokuror Merrik Qarland və keçmiş baş prokuror Bill Barr da daxil olmaqla yüksəkvəzifəli məmurları öldürə bilən hər kəsə bir milyon dollar mükafat təklif edib.

O, eyni zamanda, vergidən yayınan böyük texnoloji şirkətlərə və ABŞ həbsxana sisteminin arxasında duranlara qarşı da çıxış edib.

Mon ABŞ-ni “təqib edən” “şər toru”nun olduğunu iddia edib. “Şeytan ABŞ-nin yıxılmasını istəyir ki, dünya ilə bağlı planını ortaya qoya bilsin”, – deyə o bildirib.

“Mən və bir çox başqa liderlər ABŞ-ni necə düzəltmək lazım olduğunu bilirik, amma bunun üçün mübarizə aparmalıyıq”, – deyə Castin Mon əlavə edib.

O qeyd edib ki, siyasi partiyaların bir çox nümayəndələri onu 2020-ci il seçkilərində prezidentliyə ən yaxşı namizəd hesab ediblər. Monun fikrincə, o, Corc Vaşinqtondan sonra hər iki partiya tərəfindən yekdilliklə seçilən ilk namizəd ola bilərdi.

“Lakin FTB, federal məhkəmələr və öz ailəm mənə xəyanət etdilər, çünki mənim Məsih olduğuma inanan insanlar var. Məhz Məsih olduğuma olan inama görədir ki, bu barədə heç bir xəbərdə eşitməmisiniz, çünki bu, inancın yayılmasına səbəb olacaq. Mən demirəm ki, Məsihəm, çünki heç vaxt özümü İsa Məsihlə müqayisə etməmişəm. Sadəcə deyirəm ki, məhz buna görə xəyanətə məruz qaldım”, – deyə o bildirib.

Castin Mon nitqinin sonunda “Bibliya”dan uzun-uzadı sitat gətirib və onun “müqəddəs missiyası”nın olduğunu söyləyib.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)