Xeyriyyəçi milyonçunun məzarı acınacaqlı vəziyyətdədir – FOTO

Bakı milyonçusu Hacı Sultanəlinin məzarı baxımsız vəziyyətdədir.

Milyonçunun məzarı Sabunçu rayonu Ləhiş bağlarında yerləşir.

Görünüşündən uzun müddətdir baxımsız qaldığı hiss olunur. Buna görə də məzarın başdaşı hissəsi uçub-sökülüb.

Kürdəxanı qəsəbə bələdiyyəsindən bildirildi ki, məzarın olduğu ərazi elə milyonçunun qohumlarına məxsusdur:

“Milyonçunun qohumlarında həmin ərazinin sənədləri var. Ərazi bağ sahəsidir. Qəbiristanlıq deyil. Orada həmin qohumlara məxsus başqa qəbirlər də olmalıdır. Milyonçu vəsiyyətinə əsasən, həmin bağ sahəsində dəfn edilib. Məzara milyonçunun nəvə-nəticəsi, öz qohumları baxmalıdır. Bu, bələdiyyənin səlahiyyətində deyil”.

Milyonçu, xeyriyyəçi Hacı Sultanəli Haşım oğlu 1851-ci ildə Balaxanı qəsəbəsində doğulub. O, Bakıda 3 məscid və 1 hamam, Balaxanı qəsəbəsində 1 məktəb, həmçinin Quba rayonunda 1 məscid tikdirib. Hacı Sultanəli fəhləlikdən Bakının gənc milyonçusuna çevrilib. Hacı Zeynalabdin Tağıyevin yaxın dostu olub. Milyonçu 1921-ci ildə infarktdan vəfat edib.

Öz vəsiyyəti ilə Ləhiş bağlarında tikdirdiyi məscidin yanında dəfn edilib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir