Xan Yunusda qanlı gecə; Qəzzədə vəziyyət gərgindir

Sionist rejimin Xan Yunus məntəqəsindəki bir mənzilə raket hücumu nəticəsində 3 fələstinli şəhid olub və bir neçə nəfər yaralanıb.

Əl Aləm telekanalının məlumatına əsasən, bu gün səhər (11 may) media vasitələri Qəzzə zolağının şimalında yerləşən Xan Yunus məntəqəsinin müxtəlif yerlərində partlayışlar baş verib.

Yadiut Aharanut qəzeti də sionist rejim qırıcı raketlərinin Qəzzə zolağının cənub və qərb bölgələrinə raket hücumlarını təsdiqləyib.

Şahab İnformasiya Agentliyi də Xan Yunus, Rəfəh və Beyt Lahiyada uşaq qatili rejiminin amansız hücumlarından yazıb. Məlumata görə Xan Yunusda Fələstin müqavimətinə aid Əl Fəcr hərbi düşərgəsi hava hücumlarına məruz qalıb.

Tel Əviv informasiya qaynaqları Sərayal Quds üzvlərinin terror edilməsi ehtimalı barədə müxtəlif məlumatlar yayımlayıblar.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir