Xalid əl-Bətş: Qüds uğrunda növbəti müharibə regional bir müharibə olacaqdır

Qafqaztimes xəbər verir ki, Əl-Məyadin telekanalının məlumatına görə, Fələstin İslami Cihad hərəkatının liderlərindən biri olan Xalid əl-Bətş bölgədəki beş öndərin Qüdsü müdafiə etməyə hazır olduqlarını açıqlayıb.

O, belə əlavə edib: “Qüds uğrunda növbəti müharibə regional bir müharibə olacaqdır.”

Fələstin İslami Cihad Hərəkatı həmçinin bəyan edib: “Bu cinayətlərlə mübarizə aparmağın yeganə yolu, işğal altındakı ərazilərdə işğalçılara müqavimət göstərmək və onlara qarşı durmaqdır. Keçmiş təcrübə bunu göstərir ki, dünya həmişə olduğu kimi Fələstin xalqının çəkdiyi əziyyətlər və Sionist rejimin cinayətləri qarşısında susub. Ona görə də işğalçılarla mübarizənin yeganə yolu intifadə və ümummilli qiyamdır.”

Həmas İslami Müqavimət Hərəkatının sözçüsü də bu barədə belə deyib: “Fələstinin azad edilməsinə zəmanət verən amil, fələstinli gənclərin İordan çayının qərb sahilindəki intifadəsidir. Bizim fikrimizcə, bu intifadə sionistləri Fələstin ərazilərindən qovmağın yeganə yoludur.”

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur