Xalid Əbdül Məcid: Müqavimət Cəbhəsinin bütün tərəfləri Hacı Qasimin qisasını almalıdırlar

QafqazTimes xəbər verir ki, Fələstin Xalq Cəbhəsinin baş katibi Xalid Əbdül Məcid “Tasnim News” xəbər agentliyinə verdiyi müsahibədə deyib: “Fələstin xalqı Şəhid Qasim Süleymaniyə həmişə böyük hörmətlə yanaşır. Xalq Şəhid Qasim Süleymanini Həşdu Şabi ilə yanaşı İraqın döyüş meydanlarında görürdülər. Onun müqavimət qrupları ilə görüşlərini, Suriyadakı fəaliyyətini və bu ölkədəki təkfirçi və terror təşkilatlarına qarşı mübarizədəki rolunu müşahidə edirdilər. Bütün bunlar ABŞ və sionist rejiminə böyük zərbə vurdu. Onun Livan səhnəsindəki rolu, Yəmənlə strateji əlaqələri bu zərbələrin formalaşmasında rol oynadı.”

O, həmçinin deyib: “Bu addımları ilə Şəhid Qasim Süleymani bütün tərəflərin və üzv dövlətlərinin iştirakı ilə müqavimət cəbhəsinin formalaşmasında əsas rol oynadı və Fələstin xalqına öz töhfəsini verdi. İordan çayının qərb sahilində və Qəzza zolağında Fələstin xalqı onun belə bir rola malik olmağına, bu qələbələrə və şəhid Qasim Süleymaninin bu addımlarına görə qürur duyurdu.”

Əbdül Məcid intiqam barədə danışarkən belə qeyd edib: “Biz bunu ümmətin düşmənləri ilə mübarizənin yeni mərhələsi hesab edirik. Bütün qüvvələr və müqavimətə üzv dövlətlər bu dəhşətli cinayəti törədən ABŞ və onun regiondakı müttəfiqlərindən qisas almalı və lazimi cavab verməlidirlər.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri