Xaçmazda körpü uçdu: Xəsarət alanlar var – FOTO/VİDEO

Körpünün uçması nəticəsində xəsarət alan alanlardan biri evə buraxılıb.

Bu barədə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, ilkin tibbi yardımdan sonra yaralılardan Əfsun Qarayev öz istəyi ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına təxliyə olunub.

Xəsarətləri nisbətən yüngül olan Elvin Səfərəliyevə isə ambulator müalicə təyin olunub və evə buraxılıb.

Digər yaralı Əlisafa Heybətovun müayinə və müalicəsi Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Həkimlər xəsarət alan rayon sakininin həyati təhlükəsi olmadığını bildiriblər.

“Körpünün qəzalı olması mümkün deyildi”.

Bunu Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsünün uçması ilə bağlı jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, sel nəticəsində körpünün sutənzimləyici qurğularında zədə olub. Həmin qurğu 2019-cu ildə təmir olunub.

S.Məmmədov, həmçinin bildirib ki, körpünün bərpası 10 gün müddətinə mümkün olacaq.

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO