Xəzər dənizində balıqçılar itkin düşüb – VİDEO

Xəzər dənizində iki balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xəzər dənizində Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində iki nəfər balıqçının itkin düşməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumatla əlaqədar FHN-in Aviasiya dəstəsinin helikopteri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşlar – 1954-cü il təvəllüdlü Vidadi Əli oğlu Cəfərov və 1977-ci il təvəllüdlü Elvin Nəcəfqulu oğlu Həsənovun axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir