Xəyallar gerçəkləşir: “Uçan evi” kirayələmək mümkün olacaq – VİDEO

Artıq “AirBnb”da məşhur “Yuxarı” (“Up”) cizgi filmindəki kimi evi kirayələmək mümkündür.

Bu barədə bütün dünyada fərdi mənzillərin qısamüddətli kirayələrinin yerləşdirilməsi və axtarışı üçün olan onlayn platformanın özü xəbər verib.

Şirkət bununla bağlı kadrlar da təqdim edib.

Qeyd edək ki, “Pixar” studiyası tərəfindən istehsal olunan və “Walt Disney Pictures” tərəfindən yayımlanan “Up” animasiya filmində qoca kişi Karl Fredriksen və Rassel adlı balaca oğlandan bəhs edilir. Karl evinə çoxlu sayda şar bağlayaraq mərhum həyat yoldaşına verdiyi vədi – Cənubi Amerika cəngəlliklərini səyahət etmək arzusunu gerçəkləşdirməyi düşünür.

“Yuxarı” filmi “ən yaxşı cizgi filmi” və “ən yaxşı film ssenarisi” nominasiyalarında “Oskar” mükafatına layiq görülüb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi