Xəstəxananın təcili yardım şöbəsi “döyüş meydanına çevrildi” – VİDEO

Türkiyənin Şırnak vilayətinin Cizre rayonunda iki ailə üzvləri arasında küçədə dava baş verib.

Daha sonra dava xəstəxananın təcili yardım şöbəsində davam edib və şöbə “döyüş meydanına” çevrilib.

İki ailənin üzvləri arasında daş və dəyənəklə başlayan dava Cizre Dövlət Xəstəxanasının təcili yardım şöbəsinin koridorlarına keçib. Dava iki şəxs arasında baş verib, daha sonra münaqişəyə ailələr qarışıb. Əllərinə keçəni bir-birilərinə atmağa və yaralamağa başlayıblar.

Hadisə yerinə çevik reaksiya qüvvələri cəlb edilib və vəziyyət nəzarətə götürülüb. Yaralananlar xəstəxanaya yerləşdiriliblər.

Xəstəxanada dava nəticəsində təcili yardım şöbəsindəki kompüter və texniki avadanlıqlar da sıradan çıxıb. Bir çox vətəndaş müayinə olunmadan geri qayıdıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi