Xərrazi: Cövlan hadisəsini Hizbullaha nisbət vermək gülüncdür

Xərrazi: Cövlan hadisəsini Hizbullaha nisbət vermək gülüncdür

İranın Beynəlxalq məsələlər üzrə Strateji Şurasının rəhbəri Cövlan hücumunun Livan Hizbullahına nisbət verilməsinin gülünc olduğunu deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Kamal Xərrazi bu gün (30 iyul) deyib: Sionist rejimin 500 mülkiin şəhid olması ilə nəticələnən Əl Məmədani xəstəxanasını bombardman etməsindən sonra Məcdəl Şəms hadisəsində Hizbullahı ittihamlandırması çox gülünc bir iddiadır.

Kamal Xərrazi həmçinin deyib:  Sionist rejimin işğal olunmuş Cövlan hücumunda Hizbullahı təqsirləndirməsində əsas məqsədi müharibənin genişləndirilməsidir. Amma onların bu iddiası o cəhətdən gülüncdür ki, Cövlan əhalisinin özü sionist rejimin əleyhdarıdır və onların divarlarında Bəşar Əsədin şəkilləri və plakatları asılıdır.

Xərrazi həmçinin vurğulayıb: Hizbullah Suriyanın bir müttəfiqi olduğu bir halda Suriyaya aid Cövlan yüksəkliklərinin dinc əhalisini necə bombardman edə bilər ki?! Elə bu cəhətdən bu hadisə İsrail fitnəsindən başqa bir şey deyil və bu Netanyahunun müharibəni genişləndirmək planının bir hissəsidir.

Xatırladaq ki, Suriyanın Cövlan təpələrində yerləşən Məcdəl Şəms qəsəbəsi 1967-ci ildə 6 günlük müharibədən sonra sionist rejim tərəfindən işğal edilib və əksər əhalisi suriyalılardır və İsrail rejimi əleyhinədirlər.

Related posts

Sara Netanyahu mühakimə olunacaq!

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

1 şərh

Ashton Shields İyul 30, 2024 - 6:59 axşam

At UVA, you’ll find respected professors, advanced research, an excellent health system, and a successful NCAA Division I athletics program. The college values student self-governance, a passion for the arts, and a lively campus atmosphere.

Add Comment