Xəlil Avavədə böyük ehtimalla kəllə-beyin travması alıb

QafqazTimes xəbər verir ki, Əl-Aləm telekanalının Fələstindəki müxbirinin məlumatına görə tibbi hesabatlar Xəlil Avavədənin beyninin zədələnməsi ehtimalını göstərir.

Bu hesabat görə bu səbəbdən fələstinli məhbus olan Avavədənin xəstəxanada qalma ehtimalı vardır.

Bununla bağlı bəzi İsrail dairələri isə Fələstin İslami Cihad hərəkatının liderlərindən olan Xəlil Avavədə və Şeyx Bassam Əl-Sədinin azad ediləcəyi barədə məlumat yayıblar.

Fələstinli Əsirlərin işi üzrə komissiya həmçinin bildirib ki, sionist rejim Avavədəni Rəmlə həbsxanasından “Asaf Harofe” xəstəxanasına köçürüb.

Hazırda Avavədə şiddətli oynaq ağrıları, baş ağrıları, şiddətli başgicəllənmə, bulanıq görmə və yeriyə bilməməkdən əziyyət çəkir və əlil arabasından istifadə edir.

Xəlil Avavədə inzibati həbsin davam etdirilməsinə etiraz olaraq 152-ci gündür ki, aclıq aksiyasını davam etdirir.

Related posts

Franklin: Yəhudilər…

Sionist rejim: Robio İsrailin sevimli dostudur

Yəhudilər…