Xəlil Əl-Həyya: Həmas sionist rejimin Qüdsdəki seçkilərin necə keçiriləcəyini təyin etməsini qəbul etməyəcək

Qafqaztimes xəbər verir ki, Həmasın siyasi bürosunun üzvü Xəlil Əl-Həyya, hərəkatın seçkilərdə iştirak etməkdə məqsədinin Fələstin qurumlarını yenidən qurmaq olduğunu vurğulayıb.

Əl-Qüds Əl-Ərəbi qəzeti yazır ki, Əl-Həyya Həmasın münaqişələrin bitməsinə səbəb olacaq vahid bir Fələstin hökuməti qurmaq üçün seçkilərə qatıldığını söyləyib.

Həmas rəsmisi bəyan edib ki, güclü bir parlament isə bu hökuməti nəzarətdə saxlamalı və hesabat istəməlidir.

O, Həmasın sona qədər seçki yolunda qalacağını qeyd edərək, seçkilərin nəticəsi nə olursa olsun, Həmasın onu qəbul edəcəyini bildirib.

Xəlil Əl-Həyya belə əlavə edib: “Nə fələstinlilər nə də Həmas sionist rejimin Qüdsdəki seçkilərin necə keçiriləcəyini təyin etməsini qəbul edə bilməzlər.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır