“Whatsapp”ın yeni vacib funksiyası təqdim ediləcək

“Whatsapp” mesajlaşma proqramı yeni vacib funksiyasını istifadəçilərə təqdim edəcək.

Bu barədə “WABetaInfo” saytı məlumat yayıb.

Məlumata görə, tətbiqdə digər çatları yükləmədən qeydlər yaratmaq və vacib faylları saxlamaq imkanı olacaq. Bu funksiya proqramın həm mobil, həm də desktop versiyaları üçün tətbiq ediləcək.

Nəticədə tezliklə “Whatsapp” istifadəçiləri öz nömrələrinə mesaj göndərə biləcəklər.

Qeyd edək ki, buna bənzər funksiya uzun müddətdir Teleqramda var.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi