“WhatsApp”dan yeni funksiya: Mesajları daha yaxşı qorumaq mümkün olacaq – FOTO

FILE PHOTO: A 3D printed Whatsapp logo and keyboard buttons are placed on a computer motherboard in this illustration taken January 21, 2021. REUTERS/Dado Ruvic/Illustration

“WhatsApp” yeni məxfilik funksiyası əldə edir. Belə ki, istifadəçilər öz hesablarına altı rəqəmli koddan deyil, paroldan istifadə etməklə daxil ola biləcəklər.

Yenilik “iOS” cihazları üçün keçərlidir.

Məlumata görə, giriş açarı “iCloud”da saxlanılacaq. Bu biometrik məlumatdan istifadə etməklə digər “Apple” cihazlarından “WhatsApp” hesabına daxil olmağa imkan verəcək. Eyni zamanda, əgər istifadəçi başqa qurğuda mesencerə ənənəvi altı simvollu koddan istifadə etməklə də daxil ola biləcək.

Yeni funksiya “WhatsApp”ın “TestFlight” xidmətindən endirilmiş “beta” versiyasında görünüb. Bütün “iOS” istifadəçiləri üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb.

Bundan əvvəl “WhatsApp”da artıq digər tətbiqlərdən gələn ismarışları oxumağın mümkün olacağı barədə xəbər vermişdik.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi