“WhatsApp”dan qısqanc insanlar üçün “hədiyyə” – FOTO

“WhatsApp” bir neçə cihazda istifadəni çətinləşdirən əsas çatışmazlıqlardan birini həll edib. Belə ki, artıq populyar mesenceri bir hesabdan eyni anda bir neçə smartfonda istifadə etmək mümkündür.

Bunun üçün ikinci cihazda nömrənin qeydiyyatı səhifəsində ekranın yuxarı sağ küncündə yerləşən üç nöqtənin üzərinə vurub “Mövcud hesabla bağlamağ”ı seçməlisiniz. Sonra əsas smartfonu götürməli, “WhatsApp”ın əsas səhifəsində üç nöqtəni vurmalı və “Əlaqəli cihazlar” bölməsini seçməli, sonra isə ikinci smartfonda görünən QR kodunu skan etməlisiniz.

Beləliklə, istifadəçilər eyni anda birdən çox cihazdan, o cümlədən fərdi kompüterdən, planşetdən və ikinci “Android” smartfonundan mövcud hesablarına daxil ola bilərlər.

Yeni “Companion” rejimi artıq “Android” cihazlarında mesencerin beta versiyasının istifadəçiləri üçün əlçatandır.

Sabit quruluşda və “Apple” cihazlarında yeni funksiyanın görünmə tarixi hələ bildirilməyib.

Yenilik istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bəziləri bu funksiyanın onların işini asanlaşdıracağını desələr də, digərləri təhlükəsizlik baxımından narahatlıqlarını dilə gətiriblər. Funksiyanı zarafatla qarşılayanlar da olub: onların fikrincə, yenilik sevgililərini qısqanan insanlar üçün “hədiyyə”dir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi