“WhatsApp”dan istifadəçiləri sevindirəcək yeni möhtəşəm funksiya – VİDEO

“WhatsApp” mesenceri istifadəçilərə mesajları çatın yuxarı hissəsinə yapışdırmağa imkan verəcək yeni funksiya təqdim edib.

Yeniləmə artıq bütün istifadəçilər tərəfindən yüklənə bilər.

Bunun üçün mesaj, şəkil, sorğu və ya video olmasından asılı olmayaraq istənilən ismarışı bir müddət basılı saxlamaq lazımdır, bundan sonra “Sancmaq” funksiyası görünəcək.

Mesajları 30 günə qədər sancaqlamaq mümkün olacaq, lakin onları yeddi gün, hətta bir gün ərzində bağlamaq da olar.

Qrup adminləri bərkidilmiş mesajı yalnız digər adminlər üçün görünən edə bilərlər.

“WhatsApp” tərtibatçılarının fikrincə, yeni funksiya söhbətin əsas mövzusundan kənara çıxmadan vacib məlumatları vurğulamağa kömək edəcək.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi