“WhatsApp”dan istifadəçilərə əyləncəli yenilik (Video izlə)

“WhatsApp” mesenceri istifadəçilər üçün yeni funksiya təqdim edir. Belə ki, bundan sonra çatda hissləri daha “canlı” təqdim etmək mümkün olacaq.

Yenilik animasiyalı emojilərlə bağlıdır. 

İlkin olaraq azı altı animasiyalı emoji görünəcək. Bunlar gözü yaşarana kimi gülən, yüksək səslə ağlayan, gözü yaşlı, ağzı açıq üzlər, həmçinin qırmızı ürək və atəş emojiləri olacaq. Ekspertlərin fikrincə, məhz bu emojilərin seçilməsi onların istifadəçilər arasında yüksək populyarlığı ilə bağlıdır.

O da vurğulanır ki, animasiya ekranının keyfiyyəti kifayət qədər yüksək olacaq.

Mütəxəssislər hesab edirlər ki, yazışmalardan yayındırdığı üçün animasiya emojilərini heç də bütün istifadəçilər bəyənməyə bilər.

Məlumata görə, funksiya hələ inkişaf mərhələsindədir və bütün istifadəçilər üçün buraxılış tarixi hələlik  açıqlanmayıb.

 

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi