“WhatsApp”dan göndərilən şəkillərlə bağlı çoxdan gözlənilən xəbər – FOTO

“WhatsApp”ın “iOS” və “Android” üçün “beta” versiyalarında təsviri göndərməzdən əvvəl onun həllini seçməyə imkan verən yeni funksiya işə düşüb.

Hazırda şəkil göndərərkən, “WhatsApp” alıcının cihazında trafikə və boş yerə qənaət etmək üçün onu çox sıxışdırır, nəticədə şəklin keyfiyyəti xeyli itir. Yeni funksiya isə faylı göndərməzdən əvvəl onun ölçüsünü seçməyə imkan verir. Əsasən iki seçim təklif olunur: “Standart quality” (1600×1052 piksel) və “HD Quality” (4096×2692 piksel). Şəkil yüksək keyfiyyətlə göndərildikdən sonra o, çatda HD işarəsi ilə qeyd olunur.

O da vurğulanır ki, hətta “HD Quilty” opsiyası təsvirin orijinal ölçüsündə göndərilməsi demək deyil. Bu rejim seçildikdə də, mesencer şəkli bəzi detallardan məhrum edərək onu sıxışdırır.

Mesencerin ictimai versiyasında fotoların yüksək keyfiyyətdə göndərilməsi imkanının nə vaxt görünəcəyi barədə məlumat verilmir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi