Bu gündən etibarən bəzi “WhatsApp” istifadəçiləri hesablarını itirə bilərlər.
Belə ki, 120 gün və ya daha çox müddət ərzində aktiv olmayan şəxsi istifadəçi hesabları bərpa hüququ olmadan mesencerdən silinəcək və orada saxlanılan bütün məlumatlara giriş itiriləcək.
“WhatsApp” tərtibatçıları bu tədbiri yaddaşın ümumi həcminə qənaət etmək zərurəti ilə izah edirlər, çünki bəzi istifadəçi məlumatları “bulud”da saxlanılır. Bundan əlavə, qeyri-aktiv hesabların silinməsi tələb olunan proqram təhlükəsizliyi səviyyəsini qorumaq və adi istifadəçilərin məlumatlarını qorumaq üçün lazımdır.