“WhatsApp”da yoxa çıxan mesajlar itməyəcək – FOTO

“WhatsApp” messenceri istifadəçilərə yoxa çıxan mesajları yadda saxlamağa imkan verəcək yeni funksiyanı işə salmağı planlaşdırır.

Artıq bu xüsusiyyətlər bəzi beta versiyası istifadəçiləri tərəfindən sınaqdan keçirilib.

Yeni funksiyaya görə “Saxla” seçimindən istifadə edərək mesajları yoxaçıxma müddəti bitdikdən sonra da yaddaşda saxlamaq mümkün olacaq. Həmin ismarışlar “Saxlanılan mesajlar” bölməsində əlfəcinlə işarələnəcək.

Qrup çatlarında bu səlahiyyət yalnız qrup administratorları üçün olacaq.

Mütəxəssislərin fikrincə yenilik istifadəçilərin bir-birinə göndərdiyi vacib mesajların silinməməsi üçün faydalı ola bilər.

Yadda saxlanılan mesajlar artıq lazım olmadıqda isə “Ayarlar”dan ləğv eləmək mümkündür.

Funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələlik bəlli deyil.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi