“Whatsapp”da yenilik: Dörd əla xüsusiyyət işə düşdü – FOTO

“WhatsApp” mesenceri “Android” smartfonları üçün yenilənib və dörd funksiyanı təkmilləşdirib.

Yeni “apdeyt”də bir neçə yeni funksiya əlavə edilib, bəzi köhnələri təkmilləşdirilib, səhvlər və “baq”lar düzəldilib.

Yeniliklərin siyahısını təqdim edirik:

• Artıq sənədləri göndərərkən onlara imza əlavə etmək mümkündür.

• Mövzu və qrup təsvirlərində simvolların icazə verilən sayı artırıldı.

• Eyni anda 100-ə qədər foto və ya video göndərmək olacaq (halbuki əvvəllər onların sayı 30-dan artıq ola bilməzdi).

• İndi öz “avatar”larınızı yarada və onları profil şəkilləri kimi istifadə edə, yaxud stiker kimi göndərə bilərsiniz. Bunun üçün “Parametrlər”ə keçmək və “Avatar” seçimini etmək lazımdır.

“iPhone” üçün yuxarıdakı siyahıdan bəzi yeniliklər hələ mövcud deyil. Çox güman ki, onlar yaxın həftələrdə təqdim olunacaq.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi