“WhatsApp”da YENİ FUNKSİYA: Yazışmaların ötürülməsi asanlaşır – FOTO

“WhatsApp” tərtibatçıları QR-kodlardan istifadə edərək söhbətləri köhnə cihazdan yenisinə köçürməyi asanlaşdırıblar.

Yenilik “WhatsApp”ın “Android 2.23.9.19” beta versiyasında müşahidə edilib. Yeni funksiya hesabınızı, söhbətləri və bütün məlumatları köhnə smartfondan yenisinə göndərməyə imkan verir. Bu funksiya smartfonları dəyişdirərkən mesaj tarixçəsinin ötürülməsi prosesini asanlaşdırmaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, söhbətləri köhnə üsulla “WhatsApp”a köçürmək üçün “Google Disk” bulud xidmətindən istifadə olunur. İndi mesencerin beta versiyasının istifadəçiləri bunu daha sadə üsulla və sürətli edə biləcəklər. İstifadəçilər sadəcə olaraq yeni cihazlarının ekranında QR-kodu göstərməli və bulud ehtiyat nüsxələrindən istifadə etmədən bütün söhbətləri dərhal ötürmək üçün köhnə smartfonlarından istifadə edərək onu skan etməlidirlər.

“Android”də “WhatsApp”ın stabil versiyalarının istifadəçiləri hələ də “Google Disk”dən istifadə edərək məlumat ötürə bilərlər. “iPhone”lara gəldikdə isə, “Apple”ın xüsusi buludu olan “iCloud”dan istifadə olunur. QR-kodların bütün “WhatsApp” istifadəçiləri üçün nə vaxt əlçatan olacağı hələlik məlum deyil.

Related posts

Dünyanın ən hündür iti Ginnesin Rekordlar Kitabına düşəndən sonra öldü – FOTO

Böyük Britaniyada baş nazirin bağına daxil olan şəxslər saxlanıldılar – VİDEO

“YouTube”dan daha bir YENİLİK