“WhatsApp”da yeni funksiya olacaq

Populyar “WhatsApp” ani mesencerində istifadəçilərə mesajların mətnini formatlaşdırmağa imkan verən yeni funksiya əlçatan olacaq.

Mütəxəssislər bildiriblər ki, mesencerdə yeni formatlaşdırma alətləri – kodlar bloku, sitatlar və siyahılar bloku olacaq. Mesajın müəyyən hissəsini vurğulamaq üçün kodlar blokundan istifadə olunacaq.

Sitat bloku mesajın müəyyən hissəsinə cavab vermək üçün istifadə edilə biləcək. Bunun üçün mətnin qarşısına “>” işarəsi əlavə etməlisiniz. Siyahılar məlumatı təşkil etməyə kömək edir. “Siyahınızı yaratmaq üçün mətninizi “*”, “-” və ya rəqəmlərlə başlayın”, –  deyə ekspertlər bildiriblər.

Yeni funksiya “Google Play Store”dan “Android” üçün “WhatsApp”ın ən son beta versiyasını yükləmiş beta testerlər üçün əlçatandır. Gözlənilir ki, seçim yaxın günlərdə adi istifadəçilər üçün də əlçatan olacaq.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi