“WhatsApp”da yeni funksiya işə salınır

WhatsApp”da  “Newsletter” adlı yeni funksiya işə salınır.

Mənbənin məlumatına görə, yenilik “WhatsApp”ın beta 2.23.5.3 versiyasında görülüb.

Funksiyanın xəbər lenti olacağı güman edilir.

O da bildirilir ki, “Newsletter”də reklamlar, eləcə də hər bir istifadəçi üçün fərdi tövsiyələr yaradan alqoritmlər olmayacaq – məzmunlar bütün “WhatsApp” çatları kimi prioritetlər olmadan xronoloji ardıcıllıqla göstəriləcək. İstifadəçi kimin lentinə abunə olacağını müstəqil seçə biləcək.

“Newsletter” hazırda erkən inkişaf mərhələsindədir. Onun nə vaxt geniş istifadəçi kütləsi üçün əlçatan olacağı məlum deyil.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi