“WhatsApp”da yeni era: Səsli mesajlar mətnə çevrilir

“WhatsApp” tərtibatçıları səsli mesajların transkripsiyası funksiyasını sınaqdan keçirməyə başlayıblar.

Yenilik artıq “Android” üçün “WhatsApp”ın 2.24.15.5 nömrəli beta versiyasında müşahidə edilib.

Dərc edilmiş ekran görüntülərindən məlum olur ki, tətbiqin test istifadəçiləri artıq alınan və göndərilən səsli mesajlar üçün transkripsiya funksiyasını aktivləşdirə bilərlər. Lakin bu, əlavə məlumat paketinin yüklənməsini tələb edəcək. Bu qərar məxfilik məqsədilə qəbul edilib və səsli mesajları “WhatsApp” serverlərində emal etmək ehtiyacı olmadan birbaşa cihazda deşifrə etməyə imkan verir.

Hazırkı mərhələdə istifadəçilər deşifrə üçün mövcud beş dildən – rus, ingilis, ispan, portuqal (Braziliya) və hind dillərindən yalnız birini seçə bilərlər. Qeyd olunur ki, gələcəkdə dəstəklənən dillərin sayı artırılacaq.

Yeniliyin “Android” və “iOS”da bütün “WhatsApp” istifadəçiləri üçün nə vaxt işləyəcəyi açıqlanmayıb.

Related posts

Son üç il ərzində dünyada təyyarə qəzalarının STATİSTİKASI

5 antik sirrin hekayəsi: Bu daşlar nə işə yarayır – Alimlər də heyrət içində – FOTOLAR

Portuqaliya sahillərində inanılmaz tapıntı – Qızıl və gümüş yüklü 250 gəmi