“WhatsApp”da telefon nömrəsini bilmədən də ünsiyyət mümkün olacaq – FOTO

“WhatsApp” mesencerinin “Android”lər üçün 2.23.11.15 beta versiyasında tarixi dəyişikliyə imza atılıb.

Mesencerin saytından verilən məlumata görə, sosial şəbəkə indi “WhatsApp” istifadəçi adının yaradılması funksiyası üzərində işləməyə başlayıb.

İstifadəçilərin artıq “WhatsApp” adı var. Bununla belə, bu yeni funksiya ilə yeni istifadəçi adları bənzərsiz olacaq. Beləliklə, “Twitter”də olduğu kimi yalnız sizə aid olan istifadəçi adınız olacaq.

İstifadəçi adı seçmək imkanı ilə “WhatsApp” istifadəçiləri hesablarına daha bir məxfilik qatı əlavə edəcəklər.

Gələcəkdə istifadəyə verilməsi gözlənilən bu funksiya ilə artıq insanların telefon nömrələrini bilmədən “WhatsApp” vasitəsilə əlaqə saxlamaq mümkün olacaq.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi