“WhatsApp”da mesajları başqaları üçün gizlədən yeni funksiya – FOTO

“WhatsApp” şəxsi yazışmaları parol və ya biometrik məlumatlarla qorumağa imkan verən “bağlanan söhbət” funksiyasını təqdim edib.

Yenilik barədə mesencerin rəsmi bloqunda məlumat verilir.

Funksiya dialoqları əsas ekrandan ayrıca qovluğa köçürməyə imkan verir. Onu açmaq üçün parol və ya barmaq izi kimi biometrik məlumatlar tələb olunur.

Bundan əlavə, şəxsi söhbətlərdən gələn mesajların məzmunu avtomatik olaraq bildirişlərdə gizlənəcək.

Söhbəti bağlamaq üçün yazışmada həmsöhbətin və ya qrupun adının üzərinə vurmalı, sonra istənilən seçim edilməlidir.

Şəxsi söhbətləri ekranda görünən etmək üçün barmağınızı onun üzərində yavaş-yavaş sürüşdürməli, parol və ya biometrik məlumat daxil etməlisiniz.

“Biz düşünürük ki, bu funksiya hansısa səbəbdən telefonu sevdiyiniz insana və ya hər hansı digər şəxsə təhvil verdiyiniz, elə həmin anda çox şəxsi mesaj aldığınız hallarda faydalı olacaq”, – deyə “WhatsApp” komandası bildirib.

Funksiya artıq bir sıra istifadəçilər üçün əlçatandır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi