“WhatsApp”a 3 yeni funksiya gəlir – FOTO

“WhatsApp” mesencerinin administrasiyası xidmətin yaxın aylarda əlavə olunacaq yeni funksiyalarından danışıb. Şirkətdən bildiriblər ki, onlar istifadəçilərin məxfilik və təhlükəsizlik səviyyəsini gücləndirməyə yönəldiləcək.

Əvvəla, “WhatsApp” hesabını yeni cihaza köçürərkən artıq istifadəçidən köhnə cihazdakı hərəkəti təsdiqləməsi tələb olunacaq.

“Bu funksiya sayəsində başqası sizdən xəbərsiz hesabınızı yeni cihaza köçürməyə cəhd edərsə, xəbərdarlıq alacaqsınız”, – deyə mesencerin administrasiyasından bildirilir.

Bundan əlavə, haker hücumundan qorunmaq üçün əlavə tədbirlər barədə məlumat verilir – bu funksiya istifadəçidən heç bir hərəkət tələb etmədən avtomatik işləyəcək.

Həmçinin “WhatsApp”da “Şifrələmə” bölməsində təhlükəsizlik kodlarının yoxlanılması funksiyası olacaq. Bu, istifadəçiyə həmsöhbətlə yazışmalarının kənar müdaxilələrdən qorunduğundan əmin olmağa kömək edəcək.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi