“WhatsApp” “Telegram”ın faydalı funksiyasını özü üçün işə saldı – FOTO

“WhatsApp”da “Telegram”dan götürülən yeni funksiya işə salınıb. Belə ki, mesencerin “iOS” üçün “beta” versiyasında artıq profildə istifadəçinin abunə olduğu kanalların siyahısı göstərilib.

Siyahı “Status” bölməsində yerləşib.

Kanal funksiyası hələlik inkişaf mərhələsindədir və ümumi istifadəçi üçün əlçatan deyil.

Məlumata görə, sözügedən bölmənin adı həm istifadəçinin cari vəziyyətini, həm də abunəliyini ehtiva etdiyi üçün “Yeniləmələr”ə dəyişdiriləcək. Həmçinin kanallar üçün daha çox ekran sahəsi boşaltmaq üçün statuslar üfüqi cərgədə yerləşdiriləcək.

Güman edilir ki, “WhatsApp”da kanallar “Telegram” kanalları prinsipinə uyğun qurulacaq – istifadəçilər hansına abunə olmağı seçə və lentdə yalnız onları maraqlandıran məzmunu görə biləcəklər.

Funksiyanın ictimai buraxılış tarixi hələ açıqlanmayıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi