“WhatsApp” “Telegram”ın daha bir faydalı funksiyasını özünə əlavə edir – FOTO

WhatsApp” tərtibatçıları “Telegram”da olan daha bir funksiyanı öz tətbiqlərinə əlavə etməyə hazırlaşırlar. Belə ki, növbəti yeniləmələrdən birində mesencerə kanallar əlavə ediləcək.

Kanallar “Telegram”da olduğu kimi eyni prinsiplə işləyir: qlobal axtarış var, lakin tövsiyə sistemi yoxdur.

Qeyd olunur ki, bu cür kanallarda telefon nömrələri və onlara abunə olan istifadəçilər haqqında məlumatlar gizlədiləcək. Ancaq kanallardakı mesajlar “başdan sona” (“end-to-end”) texnologiyasından istifadə edilməklə şifrələnməyəcək.

Kanallar artıq “iOS” və “Android” üçün “WhatsApp” proqramının beta versiyalarında mövcuddur. Əgər sınaq uğurlu olarsa, o zaman funksiya növbəti yeniləmədə görünəcək.

Yeri gəlmişkən, “WhatsApp” daha bir funksiyada “Telegram”la rəqabət aparmaq istəyib. Belə ki, “Telegram”ı digərlərindən üstün edən cəhəti şəkilləri orijinal keyfiyyətlə göndərmək funksiyasıdır. “WhatsApp” bu funksiyanı işə salmağa çalışsa da, yeniləmə gözlənilən nəticəni verməyib: “Ayarlar”da “ən keyfiyyətli” seçiminə baxmayaraq, foto göndərilərkən tətbiq faylı sıxmağa və keyfiyyəti azaltmağa davam edib. “WhatsApp”ın vəziyyətdən xəbərdar olduğu və səhvi düzəltmək üçün hərəkətə keçdiyi öyrənilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi