“WhatsApp” “iPhone” üçün yeni funksiya gətirdi

“Meta” Korporasiyası “WhatsApp” mesencerinin “iOS” üçün yeni funksiyalara malik yeni versiyasını təqdim edib.

Əsas yenilik videomesajlarda və videofayllarda irəli-geri çevirmə funksiyasıdır. Funksiyanı yerinə yetirmək üçün daxili pleyerdə videonu açmalı və istədiyiniz hissəyə çəkmək üçün ekranın sağ və ya sol kənarına iki dəfə toxunmalısınız.

Digər bir yeni xüsusiyyət isə videomesajları dərhal qeydə almaq və göndərmək imkanıdır. Bu, ekranın aşağı sağ küncündəki kamera işarəsinə basıb saxlamaqla mümkündür.

Bu seçimlərə daxil olmaq üçün “iPhone” istifadəçiləri “App Store”dan “WhatsApp”ın 24.6.77 nömrəli ən son versiyasını yükləməlidirlər. Bu versiya stabil olsa da, hələ ki, bütün istifadəçilər üçün əlçatan deyil.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi