“WhatsApp” faylların göndərilməsində yenilik etdi – FOTO

“WhatsApp” mesenceri istifadəçilərə faylları təkrar göndərməzdən əvvəl onlara izah əlavə etməyə imkan verən yeni funksiyanı sınaqdan keçirir.

Belə ki, tətbiqin “Android” 2.23.8.22 beta versiyasında fotolar, videolar, sənədlər və ya GIF-lərə başlıqlar daxil etmək üçün yeni mətn sahəsi olacaq.

Faylı təkrar göndərmək üçün düymə basıldıqda proqram mövcud təsviri silmək və istifadəçinin öz imzasını əlavə etmək imkanını verəcək.

Mütəxəssislərin fikrincə, bu xüsusiyyət ümumi şəkil və ya sənədə yeni kontekst əlavə etmək istəyənlər üçün ideal seçim olacaq.

“Mediafaylı təkrar göndərməmişdən əvvəl izahlı mesajın əlavə edilməsi – anlaşılmazlıqların qarşısını ala və proqram daxilində ünsiyyəti yaxşılaşdıra bilər”, – deyə tərtibatçılar vurğulayıblar.

Funksiya geniş auditoriya üçün yaxın günlərdə əlçatan olacaq.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi