“WhatsApp” dizaynda radikal dəyişikliklər və bəzi yeniliklərlə gəlir – FOTO

“WhatsApp”ın tərtibatçıları “Android” əməliyyat sistemində mesencer üçün yeni dizayn hazırlayıblar. Dəyişdirilmiş interfeys “Google Play”də “beta” versiya kimi 2.23.18.18 seriyası ilə yerləşdirilib.

Yeniliklər arasında fon rənginin dəyişdirilməsi, yuxarı paneldə təkmilləşdirilmiş naviqasiya və çat filtrlərinin tətbiqi diqqət çəkir. Bundan əlavə, “WhatsApp” loqosunun şrifti və rəngi də dəyişib.

Mesencerin yuxarı paneli tamamilə yenidən dizayn ediləcək: sağda, profil avatarının yanında əlavə menyu düyməsi görünəcək. Bu sahənin fon rəngi, eləcə də üst panel yaşıl rəngdən ağa dəyişəcək.

Tətbiq panelindəki “WhatsApp” loqosu ağdan yaşıla dəyişəcək.

Bundan əlavə, yeni interfeysdə “Çatlar”, “Status”, “Zənglər” və “İcmalar” bölmələri aşağı köçürülüb.

Həmçinin mesencer tərtibatçıları oxunmamış mesajların, şəxsi müzakirələrin və ya iş yerində yazışmaların siyahıları üzrə çeşidləməklə söhbətləri filtrləməyə imkan verəcək yeni funksiyanı sınaqdan keçirirlər. Belə ki, “Çatlar” bölməsində “Hamısı”, “Oxunmamış”, “Şəxsi” və “Biznes” filrtləri yerləşdirilib. Bu, “WhatsApp”da axtarış və naviqasiyanı asanlaşdıracaq.

Dəyişikliklərin adi istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələ məlum deyil. Bunun növbəti mesencer yeniləmələrindən birində baş verəcəyi gözlənilir.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

1 şərh

qqbnahorpq Noyabr 30, 2023 - 7:19 axşam

Muchas gracias. ?Como puedo iniciar sesion?

Add Comment