Wall Street Journal-ın rəvayəti: Mossad İranı vurmaq üçün dron hissələrini ölkə daxilinə necə qaçaqmalçılıq yolu ilə keçirdi?

İsrail qırıcılarının İranın nüvə və hərbi hədəflərinə hücumundan əvvəl, Mossad-ın gizli əməliyyatı – dron hücumları üçün lazım olan hissələri İran daxilinə qaçaqmalçılıq yolu ilə gətirmək – əməliyyatın əsasını təşkil edib.

Mossad aylarla partlayıcı maddə daşıyan kvadrokopterlərin hissələri və uzaqdan idarə olunan sursatları İrana keçirmək üçün çamadanlardan, yük maşınlarından və konteynerlərdən istifadə edib. Kiçik gizli qruplar bu dronları raket obyektlərinin və hava hücumundan müdafiə mövqelərinin yaxınlığında yığıblar. İsrailin hava hücumu başlayanda, bu qruplar əsas müdafiə sistemlərini sıradan çıxarıb və buraxılış qurğularını sığınacaqlardan çıxdığı anda hədəfə alıblar.

Bu əməliyyat İranın cavab tədbirlərini ləngitməyə kömək edib və göstərib ki, mövcud texnologiyalar, hətta ən müasir və bahalı müdafiə sistemlərini də aşa bilər. Cəmi bir neçə həftə əvvəl Ukrayna oxşar taktikalardan Rusiyanın hava bazalarına hücum üçün istifadə etmişdi.

Mossad-ın dron qrupları raket karvanlarını və anbarların dar keçidlərini hədəf alıblar, və verilən məlumatlara görə onlarla buraxıcı qurğunu məhv ediblər və İranın cavab hücumunu gecikdiriblər. Bu gizli kampaniya illərlə İran daxilində hazırlanıb, xaricdə agentlərin təlimini, təchizat xətlərinə nüfuz etməyi və əsas hədəflərin müəyyənləşdirilməsini əhatə edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib