“Wall Street Journal” ın iddiasını Ağ Ev təkzib etdi

Ağ Ev Səudiyyə Ərəbistanı ilə İsrail arasında normallaşma üçün razılığın əldə olunmasını təkzib edib
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Ağ Ev “Wall Street Journal”ın bəzi güzəştlər müqabilində Səudiyyə Ərəbistanının sionist rejimi tanıması ilə bağlı razılaşma əldə edildiyi barədə xəbərini təkzib edib.
Məlumatda deyilir: Ağ Ev Səudiyyə Ərəbistanı ilə İsrail arasında normallaşma üçün razılaşdırılmış çərçivənin olmadığını və danışıqların davam etdiyini bildirib.
 Amma dünən (8 avqust) “Wall Street Journal” ABŞ rəsmilərinə istinadən Vaşinqton və Ər-Riyad Səudiyyə Ərəbistanının İsraili tanıması müqabilində ümumi plan üzrə razılığa gəldiyini, təhlükəsizlik yardımı, fələstinlilərə güzəştlər və onun mülki nüvə proqramının sürətləndirilməsinə ABŞ-ın cəhdlərini iddia etmişdi. 
ABŞ-ın Səudiyyə Ərəbistanı ilə sionist rejim arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərinə baxmayaraq, krallıq Ərəb Sülh Təşəbbüsünə əsasən, bir sıra tələblər sırasında müstəqil Fələstin dövlətinin qurulmsını istəyir.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir